Moskva hiper raketlərdən istifadə etdi

Kiyevə hücumlardan sonra Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi-sənaye kompleksinə qarşı “kütləvi hücum” başlatdığını açıqlayıb.

ELAZ.İNFO xəbər verir ki, TASS-ın verdiyi məlumata görə nazirlik hücumlarda yüksək dəqiqlikli silahlardan və hipersəs raketlərdən istifadə edildiyini və Kiyevdəki, eləcə də Zaporojye və Xarkov bölgələrindəki hədəflərin vurulduğunu bildirib.

Moskva həmçinin Ukrayna ordusunun istifadə etdiyi enerji və nəqliyyat infrastrukturunun hədəfə alındığını iddia edib.

Qeyd edək ki, ötən gecə Rusiya gecə ərzində yüzlərlə dron və onlarla raketdən istifadə edərək Ukraynada müharibənin ən intensiv hücumlarından birini həyata keçirdi.

Ukrayna rəsmiləri hücumlarda ən azı 18 nəfərin öldüyünü və təxminən 100 nəfərin yaralandığını açıqladı, Moskva isə hücumların Ukraynanın hərbi-sənaye infrastrukturunu hədəf aldığını iddia etdi.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın