ELAZ.İNFO xəbər verir ki, 20 Yanvar faciəsini və Xocalı soyqrımını işıqlandıran, dünyaya çatdıran ilk xarici jurnalistlərdən biri İrfan Sapmazın sabah 64 yaşı tamam olur.
İrfan Sapmaz 1962-ci ildə Türkiyənin Hatay bölgəsinin Yayladağı qəsəbəsində anadan olub. 1982-ci ildə “Sabah” qəzetində müxbirliyə başlayıb. Sonra “Günaydın”, “Hürriyət”, “CNN Türk” və DHA-da (Doğan Xəbər Agentliyi – Qafqaz və Orta Asiya nümayəndəliyi) jurnalist kimi fəaliyyət göstərib. Bundan sonra Azərbaycanda “Avrasiya” qəzetində baş redaktor kimi çalışıb. İrfan Sapmaz Xocalı soyqırımı hadisəsini dünyada işıqlandıran ilk jurnalistlərdəndir.
Həmçinin 20 Yanvar hadisələrini də ilk işıqlandıran jurnalistlərdən biridir.
Ailəlidir, 2 qızı var.
Anar TAĞIYEV
