Rusiya hərbçiləri Ukraynanın mülki obyektlərə təşkil etdiyi hücumlarına cavab olaraq, Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan hərbi aerodromlara, həmçinin energetika və nəqliyyat infrastrukturu obyektlərinə qrup zərbəsi endirib.
ELAZ.INFO xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin bəyanatında qeyd olunub ki, Ukraynanın Rusiya ərazisindəki mülki obyektlərə qarşı törətdiyi əməllərə cavab olaraq yerüstü, havabaza əsaslı uzaqmənzilli yüksək dəqiqlikli silahlar və zərbə PUA-ları vasitəsilə Ukrayna ordusunun istifadə etdiyi hərbi aerodromlar, habelə energetika, yanacaq və nəqliyyat infrastrukturu hədəfə alınıb.
Rusiya Müdafiə Nazirliyindən verilən son məlumata görə, əməliyyat uğurla başa çatıb:”Zərbənin məqsədlərinə nail olunub, müəyyən edilmiş bütün obyektlər dəqiqliklə vurulub”, — deyə qurumdan bildirilib.
Ruslan MƏMMƏDOV
