ELAZ.İNFO xəbər verir ki, Volodimir Zelenski“Moskvaya getməyin”-deyə xəbərdarlıq edib.
Ukrayna prezidenti Volodimir Zelenski xarici dövlətlərin nümayəndələrinə 9 mayda Moskvada olmamağı tövsiyə edib.
Zelenski bu barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyaya yaxın bəzi dövlətlərdən nümayəndələrinin 9 mayda Moskvaya səfər etməyi planlaşdırdığı barədə müraciətlər daxil olub.
Zelenski bunu “qəribə istək” adlandırıb və belə günlərdə Moskvaya səfərin düzgün olmadığını vurğulayıb.
“Biz bunu tövsiyə etmirik,” – deyə Ukrayna prezidenti bildirib.
Aydan
