Tibb dünyası şokda: 74 yaşında ilk dəfə ana olan qadın

Dünya tibb tarixində “ən yaşlı ana” rekordu Hindistandan olan Erramatti Manqayammaya məxsusdur. O, 2019-cu ildə 74 yaşında ilk dəfə ana olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

ELAZ.İNFO xəbər verir ki, Erramatti və onun 82 yaşlı həyat yoldaşı düz 57 il idi ki, övlad həsrəti ilə yaşayırdılar. Onlar bütün ümidlərini itirdikləri bir vaxtda müasir tibbin imkanlarından yararlanaraq süni mayalanma (IVF) üsuluna müraciət ediblər. 74 yaşlı qadın qeysəriyyə əməliyyatı ilə iki sağlam qız övladı dünyaya gətirib. Əməliyyatı həyata keçirən həkim qrupu bildirib ki, Manqayammada heç bir ağırlaşma (şəkər, təzyiq və s.) olmadığı üçün o, hamiləliyi uğurla başa vura bilib. Bundan əvvəlki rekord yenə hindistanlı olan 70 yaşlı Daljinder Kaura məxsus idi. Manqayamma 74 yaşı ilə bu rəqəmi yeniləyərək dünyanın ən yaşlı anası ünvanını qazandı.

Bu hadisə bütün dünyada böyük müzakirələrə səbəb oldu. Bəziləri bunu tibbin möcüzəsi adlandırsa da, bir çox bioetika mütəxəssisləri bu yaşda valideyn olmağın uşağın gələcəyi baxımından doğru olmadığını iddia edirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights