Dünyanın nəhəng avtomobil istehsalçıları artıq benzin və dizel mühərriklərindən tamamilə imtina etmək üçün “yaşıl hidrogen” texnologiyasını kütləvi istehsala tətbiq etməyə başlayıblar. Fakt budur ki, yeni nəsil hidrogen mühərrikli avtomobillər atmosferə zəhərli qaz əvəzinə yalnız təmiz su buxarı buraxır.
ELAZ.İNFO xəbər verir ki, Yaponiya və Almaniya mühəndisləri tərəfindən hazırlanan yeni yanacaq elementləri (fuel cells) hidrogeni oksigenlə reaksiyaya daxil edərək elektrik enerjisi hasil edir. Bu texnologiyanın ən vacib üstünlükləri: Sürətli enerji toplama: Elektrikli avtomobillər saatlarla şarj olunduğu halda, hidrogen çənini doldurmaq cəmi 3-5 dəqiqə vaxt aparır.mUzun məsafə: Bir dəfə doldurulmuş çənlə avtomobil 700-800 kilometr məsafə qət edə bilir. Ekoloji təmizlik: Egzoz borusundan çıxan tək maddə içməli su dərəcəsində təmiz olan su buxarıdır.
Artıq bir çox ölkələrdə, o cümlədən qonşu Türkiyədə və Avropa ölkələrində hidrogen doldurma məntəqələrinin şəbəkəsi sürətlə genişlənir. Mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər ağır tonnajlı yük maşınları və avtobusların böyük hissəsi məhz bu texnologiyaya keçəcək.
Ruslan MƏMMƏDOV
