Azərbaycanın iqtisadi tənzimləmə sistemində mühüm dəyişiklik baş verib. Nazirlər Kabinetinin son qərarı aviasiya xidmətləri bazarında rəqabət mühitinin genişlənməsi və inhisarçılığın məhdudlaşdırılması istiqamətində atılan addım kimi qiymətləndirilir.
ELAZ.İNFO xəbər verir ki, Baş nazir Əli Əsədov “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. 2024-cü il 1 avqust tarixli 372 nömrəli qərarla təsdiq edilmiş siyahıda aparılan dəyişikliyə əsasən, iki iri şirkət artıq bu statusu daşımayacaq.Siyahıdan çıxarılan şirkətlər:”ASG Business Aviation” MMC”ASG Helicopter Services” MMC Qərara əsasən, siyahının 14-cü və 15-ci hissələri ləğv edilib. Xatırladaq ki, sözügedən şirkətlər aeroport xidmətləri, hava gəmilərinə texniki qulluq, uçuş zolaqlarının və müvafiq qurğuların istismarı sahəsindəki fəaliyyətlərinə görə indiyədək təbii inhisar subyekti hesab olunurdular.Bu qərar həmin şirkətlərin fəaliyyət göstərdiyi sahələrdə dövlət tənzimləməsinin xarakterini dəyişə bilər və aviasiya xidmətləri bazarında yeni iqtisadi münasibətlərin yaranmasına yol açacaq.
Ruslan MƏMMƏDOV
