Əldən düşmüş ağaya birinci təpiyi kim vurar?

“Açıq-aydındır ki, amerikalıların strategiyası yoxdur. Belə münaqişələrdə problem həmişə ondan ibarətdir ki, ona təkcə girməyi deyil, ondan çıxmağı da bilməlisən. Bunu biz 20 il ərzində Əfqanıstanda çox ağrılı şəkildə müşahidə etdik. Bunu biz İraqda da gördük. Buna görə də bütün bu əməliyyat, artıq dediyim kimi, ən azı yaxşı düşünülməmişdi.

İndiki ana mən amerikalıların hansı strateji çıxış yolu seçdiyini başa düşmürəm, xüsusən də nəzərə alsaq ki, iranlılar açıq-aşkar çox məharətlə danışıqlar aparırlar. Daha doğrusu, onlar amerikalıların İslamabada gedib, hər-hansı nəticəsiz geri qayıtmasına imkan verməklə çox məharətlə danışıqlar aparmırlar. Bütün millət [amerikalılar] alçaldılıb. Bunu deməyimə təəssüf edirəm, lakin hazırda vəziyyət olduqca mürəkkəbdir. Və bu bizə çox baha başa gəlir.”

ELAZ.İNFO xəbər verir ki, bu fikirləri Almaniya kansleri Merz ABŞ-ın İran avantürası barədə fikirlərinin bildirərkən səsləndirmişdi.

6 ay əvvəl Merz nəinki Tramp və ABŞ-ı, heç onun vassalının vassalı Zelenski haqqında belə danışa bilməzdi. Zelenski bir yana, Ukraynanın Almaniyadakı sabiq səfiri Andrey Melnik X səhifəsində ölkənin kanslerini “içalat kolbasası” adlandıranda, prezidentini açıq söyüşlə “yad edəndə” bunların səsləri çıxmırdı. Əksinə, Zelenskiyə qəzəblənmiş süzereni yumşaltmaq üçün kütləvi şəkildə ona yaltaqlanır, qapısında növbə gözləyir və alçaldılmalarına göz yumurdular. İndi isə Donni Hörmüz boğazında tələyə düşüb. Əldən düşmüş ağaya birinci təpiyi kim vurar? Özünü ən çox alçaldan nökəri. Almaniya İsrailin də qarşısında çox alçalıb – onun da zamanı gələcək…

Amma mahiyyət etibarilə Merz tamamilə haqlıdır.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın