-“Aprelin ortalarında SAXAL əsgəri Cənubi Livanın işğal etdikləri xristian kəndlərindən birində qoyulmuş İsa peyğəmbərin (onlar üçün – Tanrının) heykəlinə qarşı vandallıq etmişdi. Bu hadisə sionistlərin nəinki müsəlmanlara, iudazmdən başqa bütün dinlərə ölçüyəgəlməz nifrət bəslədiklərini göstərir”.
ELAZ.İNFO xəbər verir ki, bu fikirlər Asif Şəfəqqətova məxsusdur.
Asif Şəfəqqətov bildirir ki, “aydın məsələdır ki, əsgər özü ilə kuvald gəzdirmir. Yəni bu adamda nifrət o qədər böyükdür ki, tənbəllik etməyib, İsrailin kütləvi bombardmanına görə təcili tərk edilmiş evlərdən birindən kuvald tapıb və gətirib heykəlin başını dağıdıb.
Əslində, bu vandallıq başqa dini abidələrə, inanclara qarşı İsrail əsgərlərinin adi, ənənəvi davranışıdır – Qəzzada islama qarşı bunları əks etdirən yüzlərlə video var və həmin videoları yəhudilər özləri paylaşıblar”.
Asif Şəfəqqətov qətiyyətlə bildirir ki, “Livandakı hadisə isə xristianlığa qarşı idi. Düzdür, xristianlığa qarşı vandallığı yəhudilər çəkib paylaşmırlar. Bu fotonu isə livanlı bir nəfər gizlin çəkib. (1-ci şəkildə solda – heykəlin əvvəlki vəziyyəti, sağda – İsrail əsgərinin mədəniyyəti əks olunub)
Foto Qərbdə yayıldıqdan sonra kəskin etirazlara səbəb oldu. İsrail həmişəki kimi əvvəl onun saxta olduğunu bildirdi. Fotonun həqiqiliyi sübut olunduqdan sonra isə bəyan etdi ki, təqsirkar tapılacaq, cəzalandırılacaq və heykəl bərpa ediləcək.
Əlbəttə, təqsirkar cəzalandırılmadı, İsrail bunu heç təqsir də saymır – canlı adamları vəhşicəsinə işgəncələrlə öldürənlər mükafatlandırırsa, cansız heykəli dağıdana cəza verəcək?!
Heykəli isə düzətdilər (2-ci şəkildə). Amma kənd dağıdılıb və sakinlər qovulub.
İndi belə bir heykəlin azərbaycanlı və ya hər hansı başqa müsəlman millətin əsgəri tərəfindən törədildiyini təsəvvür edin…”
İlahə BAYINDIR
