İranda olan hadisələrə geosiyasi münasibətlər prizmasından baxaq və bütün görüntüləri, bəyanatları, danışıqları bir yana qoyub, hadisənin əsl səbəbini, mahiyyətini və gələcəkdə ola biləcək nəticələri anlamağa çalışaq. Dünyada güclərin mübarizəsi davam edir. İran və Ukrayna bu müharibədə istifadə olunan “alət”dir. Güclər İran adlı “alət”i artıq 101 ildir istifadə edir. İran gah bu, gah da digər tərəfin əlində olan geosiyasi “alət”dir. Güclərin mübarizəsində ən çox əziyyət çəkən İran xalqıdır. ABŞ, İngiltərə, qərb güc mərkəzi ilə Rusiya və onun təsiri altında olan və Rusiya ilə eyni geostrateji istiqamətdə olan Çin qarşı-qarşıyadır. Bu vəziyyət, indiki mərhələdə bu çografiyada güclərin bir-birilə münasibətidir. Bu münasibətlər dünyada dövlətlər arası münasibətləri və parlamentlər arası münasibətləri arxa plana atıb. Buna görə də beynəlxalq qanunlar işləmir. Güçlər arası münasibətlərdə (müharibələr) anlaşma prosesi çox fəsadlar verir, insanlar əziyyət çəkir, şəhərlər dağılır. Ən çox əziyyət çəkən İran xalqıdır, Ukrayna xalqıdır, Fələstin xalqıdır. Bu iki güc bir-biri ilə anlaşsa, bütün müharibələr dayanar. Hər iki tərəfin iddiaları böyükdür və heç biri geri çəkilmək istəmir. Xəyali olaraq düşünək ki, Rusiya tərəf qalıbdır. O zaman İranda millətçi rejim və onun təzyiq mexanizmi olan Sepah insanlara zülm edəcək. İranın xarici siyasəti Rusiya ilə uyğunlaşması davam edəcək. Rusiya keçmiş sovet respublikalarını öz ərazisi kimi hesab edəcək. Rusiya ümumiyyətlə Çini razilıga gətirib bütün Avrasiyada öz hökmranlığını bərpa edəcək. Rus geosiyasi ideoloqları bunu gizlətmirlər. Bunu müxtəlif yumşaq hibrid mübarizələri ilə gerçəkləşdirmək uğrunda inadla, fəal siyasət aparacaqlar. Yəni Azərbaycanın və bütün Türk Dövlətləri, o cümlədən Tacikistan və TDT-nin də siyasəti Rusiyanın geostrateji xəttinə uyğunlaşmaga məcbur ediləcək. Bunun nəticəsi olaraq bu çoğrafiyada müxtəlif fəsadlar, ciddi problemlər yaranacaq və s. İndi də xəyali olaraq təsəvvür edək ki, ABŞ, İngiltərə, qərb güc mərkəzi həm iranda, həm də Ukraynada qalib gəlir. Bu zaman İran millətçi rejim “dövlət” olaraq xarici siyasətini bu güc mərkəzinə uyğunlaşdıracaq. İran xalqının 53 faizə qədərini təşkil edən Azərbaycan Türkleri, Türkmən Türkleri və digər Türklər yenə də bütün hüquqlardan məhrum olacaq. Yenə də ən çox zülüm Türklərə ediləcək. Ümumiyyətlə bütün İran xalqı yenə də qlobal geosiyasi “oyun”larda alət olaraq əziyyət çəkəcək. Azərbaycan Türkləri hakimiyyətini yenə də bərpa edə bilməyəcək. Ukrayna xalqı yenə də Rusiyaya düşmən olacaq və böyük “oyun”larda alət olacaq. İranın, Ukraynanın və yaxın şərq ölkələrinin xarici siyasətini, ABŞ-ın rəhbərlik etdiyi güc mərkəzi müəyyən edəcək və onun maraqlarına xidmət edəcək. Sonra da ABŞ-ın rəhbərlik etdiyi güc mərkəzini yaradan, idarə edən beyin mərkəzini təmsil edən qlobalistlər və ya pul sahibləri özlərini dünyanın hakimi hesab edib hökmranlıq edəcək. Hər gün daha da böyüyən və güclənən bu nəhəng güc sahibləri Rusiyanı və Çini parçalamaq ya ya tam özündən asılı edənə qədər mübarizəsini davam etdirəcək. Buna da nail olandan sonra artıq özunü dünyada mütləq hakim hesab edən ən qüdrətli güc mərkəzinin sahibləri, bəlkə də bəşəriyyət üçün elektron rəqəmsallaşma ilə yeni müasir quldarlıq quruluşu yaradacaqlar. Və ya bu insanlar dünya əhalisinin azaldılması fikrinə düşsələr o zaman yeni vaksinlər yarada bilərlər. Və insanlar müxtəlif səbəblərdən müxtəlif vaxtlarda ölə bilərlər və s. Buna görə böyük güc mərkəzi lazım olsa, hətta öz subyektlərini bir-biri ilə dost olmayan dövlətlər kimi də göstərə bilərlər. Bax belə, kimin qalib gəlməsi daha yaxşı olacaq. Dünya xalqları pis və daha çox pis seçim qarşısındadır. Düşünürəm ki, amansızlıqla aparılan yeni dünya nizamınin quruculuğunda Türk dövlətləri tarixi vəzifəsini yerinə yetirərək, bu prosesdən kənarda qalmayacaq! Türk dövlətləri tarixi vəzifəsini yerinə yetirərək mütləq bu yeni dünya nizaminin quruculuğu prosesində çox fəal iştirak etməlidir! Türk Dövlətləri Təşkilatı mütləq qüdrətli güc mərkəzi səviyyəsinə yüksəlməlidir və dünya xalqlarını fəlakətlərdən qorumalıdır! Bunun üçün TDT güclənməlidir! Bu böyük işdə birinci İranda güney Azərbaycan hakimiyyətini bərpa etməlidir. Bu mübarizədə bütün bəşəriyyət, bütün xeyir qüvvələr Türk Dövlətləri Təşkilatı ətrafında birləşməlidir!
Birləşək ki, bütün dövlətlər və xalqlar məkirli siyasətlə yox, səmimi qarşılıqlı faydalı münasibətlərlə bir-biri ilə qardaş, dost və müttəfiq olsunlar!
Tahir Ələkbərov
