“Tarixçiliyin Tarixi”

-“On il zamanımı alan “Tarixçiliyin Tarixi” — keçmişə baxışınızı kökündən dəyişəcək, tarix elminin dərin qatlarını açan klasik bir əsərdir. Bu kitabda tarix yalnız hadisələrin xronikası deyil, düşüncə, metod və mədəniyyətlərin toqquşduğu canlı bir intellektual sahə kimi təqdim olunur”.

ELAZ.İNFO bildirir ki, bu fikirlər professor Xaləddin İbrahimliyə məxsusdur. Xaləddin İbrahimli deyir ki, “Qədim dövrlərdən süni intellekt əsrinə qədər uzanan (ən azı 2000 il) bu geniş panoram, oxucunu həm düşündürür, həm də tarixə yeni gözlə baxmağa vadar edir. Əgər siz tarixi oxumaqla kifayətlənməyib onu anlamaq və gələcəyi təxmin etmək istəyirsinizsə, deməli bu kitab sizin üçün yazılıb”.

Professor Xaləddin İbrahimli onu da qeyd edir ki, “Kitabın əziyyətini çəkən dəyərli alimlərimiz Dr. Əkbər Nəcəfə (elmi redaktor), Prof. Cəmil Həsənliyə (ön söz müəllifi və rəyçi), Nəşriyyat redaktoru Sahil Sərxanlıya, nəhayət, “Kitabal” nəşriyyatının qurucu direktoru İlkin Tomara minnətdaram. Fədəkarlıq edib nəşriyyat hesabına dərc etdi. İnanıram ki, onun əməyinin dəyərini hörmətli oxucular verəcək”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın