Sizcə Naxçıvanda avtomobil sıxlığı digər bölgələrə görə niyə aşağıdır?
Naxçıvanda avtomobillərin sayı artsa da, ümumi göstəricilər ölkə ortalamasından geri qalır.
ELAZ.İNFO “Gündəlik Naxçıvan”a istinadən xəbər verir ki, “Rəsmi statistikaya görə, muxtar respublikada qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 56 min 510-a çatıb. Əhalinin sayının təxminən 470 min olduğu nəzərə alınsa, bu, hər 8 nəfərə 1 avtomobil düşməsi deməkdir.
Müqayisə üçün qeyd edək ki, Azərbaycan üzrə bu göstərici təxminən hər 5-6 nəfərə 1 avtomobildir.
Rəsmi məlumatlarda “yaşıl nəqliyyat”a keçiddən də bəhs olunur. Bildirilir ki, hibrid avtomobillərin sayı artıb, elektrik avtomobilləri isə 220 ədədə çatıb.
Avtomobil sayının az olması Naxçıvanda işsizliyin yuxarı, gəlirlərin isə aşağı olması, iqtisadi imkanların məhdudluğu ilə əlaqələndirilir.
Digər bir səbəb kimi isə, Naxçıvanda rəsmi rəqəmlərdə göstərildiyi sayda əhalinin yaşamadığı qeyd olunur ki, bu da bölgüyə təsir edir.
