-“ABŞ-a elə bir hücum lazımdır ki, qısa müddətə müəyyən üstünlük əldə edə bilsin, dərhal bu üstünlüyündən istifadə edərək, İranla danışıqlar aparsın və danışıqlarda İrandan müəyyən güzəştlər qopardaraq, müharibədən üzüsulu çıxa bilsin. ABŞ bunu quru əməliyyatı aparmaqda görürdü”.
ABŞ-İsrail-İran müharibəsi barədə ELAZ.İNFO-ya danışan Asif Şəfəqqətov söyləyir ki, “Tramp “Gerald Ford” AZQ-ni Ərəb dənizinə “Abraham Lincoln” AZQ-nin köməyinə göndərmək istədi. İki AZQ-nin atəş dəstəyi altında quru əməliyyatına başlamaq olardı. Lakin İsrailin maraqları uğrunda müharibə aparmaq istəməyən matroslar “Ford”u 2 dəfə sıradan çıxararaq, əməliyyatı azı 1 ay gecikdirdilər. Bu müddət ərzində “Abraham Lincoln” da yararsız vəziyyətə düşdü”.
Asif Şəfəqqətov qeyd edir ki, “İrana qarşı quru əməliyyatına başlamaq üçün iki AZQ tələb olunduğundan ABŞ “George Bush” AZQ-ni də Körfəzə göndərməyə məcbur oldu. Hazırda iki AZQ Ərəb dənizinə doğru hərəkət edir. Maya qədər onlar döyüş mövqelərinə çata bilməyəcəklər. ABŞ Körfəz ölkələrində nə qədər hərbçi və təyyarə toplasa da dənizdən güclü atəş dəstəyi olmasa, quru əməliyyatına başlamayacaq. Buna görə quru əməliyyatını da gözləmirəm”.
İlahə BAYINDIR
