Astrologiya təkcə xarakterimizə deyil, həm də orqanizmimizin nəyə ehtiyacı olduğuna işıq tutur. Məlum olub ki, bürclərin mənsub olduğu ünsürlər onların dəniz məhsullarına olan tələbatını müəyyən edir.
ELAZ.İNFO xəbər verir ki (Xərçəng, Əqrəb, Balıqlar) Bu bürclər üçün balıq sadəcə yemək deyil, ruhsal və fiziki balans vasitəsidir.
Balıqlar: İmmunitet və sinir sistemini qorumaq üçün yod və fosforla zəngin dəniz məhsulları mütləqdir.
Xərçəng: Mədələri həssas olduğu üçün ağır qidalardan qaçmalı, buğda bişmiş yüngül balıqlara üstünlük verməlidirlər.
Əqrəb: Enerjilərini bərpa etmək üçün yüksək minerallı dəniz məhsulları (krevet, kürü) onlara çox xeyirdir.
(Əkizlər, Tərəzi, Dolça) Bu bürclərin sinir sistemi və beyin fəaliyyəti çox aktiv olduğu üçün Omeqa-3 onlara “hava və su” kimi lazımdır.
Əkizlər: Aktiv beyin hüceyrələrini qidalandırmaq üçün balıq yeməlidirlər, lakin çox duzlu balıqlar onlarda dehidratasiya yarada bilər.
Tərəzi: Dəri və böyrək sağlamlığı üçün yağsız ağ balıqlar (məsələn, dəniz levreyi) onlar üçün ideal seçimdir.
Dolça: Qan dövranını tənzimləmək və zehni yorğunluğu atmaq üçün həftədə ən azı iki dəfə balıq istehlak etmələri tövsiyə olunur.
(Qoç, Şir, Oxatan) Od bürcləri adətən enerjili və ət sevən olurlar, lakin balıq onlar üçün ürək-damar dostudur.
Qoç: Həzm sistemini yormamaq üçün çox acı və qızardılmış balıqdan uzaq durmalıdırlar.
Şir: Ürək sağlamlığını qorumaq üçün ağır ət yeməklərini vaxtaşırı balıqla əvəzləməlidirlər.
Oxatan: Qaraciyəri qorumaq üçün qızılbalıq kimi yağlı və vitaminli növlər onlara şəfadır.
(Buğa, Qız, Oğlaq) Onlar üçün balıq əsas yemək deyil, daha çox mineral mənbəyidir.
Buğa: Tiroid vəzi üçün yodlu dəniz məhsulları xeyirlidir, lakin çəki yığmamaq üçün yağlı souslardan qaçmalıdırlar.
Qız: Onlar üçün balığın yalnız təzəliyi önəmlidir. Konserv və dondurulmuş məhsullar onlara ciddi ziyan vura bilər.
Oğlaq: Sümük və dişləri gücləndirmək üçün kalsiumla zəngin xırda balıqlar və ya dəniz kələmi onlara məsləhətdir.
Ruslan Məmmədov
