ABŞ vətəndaşlarına xəbərdarlıq: dərhal oranı tərk edin

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Bağdaddakı səfirliyi vətəndaşlarına İraqa səfər etməmək və hazırda bu ölkədə olanların dərhal oranı tərk etməsi barədə çağırış edib.

Bu barədə məlumatı ABŞ səfirliyi bəyanatda yayıb.

Səfirlik həmçinin bildirib ki, İranla əlaqəli silahlı qruplar ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumlar planlaşdırır.

Bəyanatda deyilir: “İraq hökuməti ilə əlaqəli bəzi elementlər terrorçu qrupları siyasi, maliyyə və əməliyyat baxımından aktiv şəkildə dəstəkləməyə davam edir.”

Aydan

Bizi izləyin və paylaşın