Məktəbdə fiziki yandırılan yeniyetmə…

ELAZ.İNFO xəbər verir ki, bir yeniyetmə – şagird məktəbdə sinif yoldaşının üstünə yandırıcı maddə töküb, kibrit çəkərək onu yandırıb.


Görəsən üstünə spirt tökülüb yandırılmış adam qarşı tərəfə hansı odu qoyubmuş ki, belə yekun alınıb? Axı baş verən sadəcə nəticədir… Cani dediyimiz şagird birdən-birəmi, durduq yerdəmi bu hadisəni törədib? Qarşı tərəfin əzmetdirmə hərəkətləri də araşdırılmalıdır. Yanma sadəcə nəticədir.
Şahidlər deyir ki, od vurulan adam qarşı tərəfi uzun vaxtdır incidirmiş. Müəllimlərə də şikayət edilib, valideyninə də. Ölçü götürülməyib. Sonda incidilən tərəf canı boğazına yığılıb və bu hadisəni törədib…
Heç nə səbəbsiz olmur…

Zorakılıq yaşayan yeniyetmələr çox fərqli reaksiyalar göstərə bilirlər — bu, onların şəxsiyyətindən, dəstək mühitindən və vəziyyətin ağırlığından asılıdır. Amma ümumi olaraq tipik davranışlar müşahidə oluna bilər. Məsələn, bəzi yeniyetmələr zorakılığa qarşı fərqli yollarla reaksiya verə bilir.
Mübarizə aparmağa çalışır,yeni dost mühiti axtarır.
Belə halda ən vacib şey cani dediyimiz o şagirdi tək qoymamaqdır.— güvənilən bir mühit yaratmaq lazımdır.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın