ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafında yaranmış münaqişənin nizamlanması üçün rəsmi Kiyevin konkret addımlar atmasının vacibliyini bəyan edib. “Politico” qəzetinə müsahibə verən Amerika lideri qeyd edib ki, Ukrayna tərəfi artıq sövdələşməyə getməlidir.
Trampın sözlərinə görə, Rusiya tərəfi də münaqişənin nizamlanması üçün lazımi addımlar atmağa meyillidir: “Zelenski hərəkətə keçməli və sövdələşmənin əldə olunmasına nail olmalıdır”, – deyə ABŞ prezidenti vurğulayıb. Tramp həmçinin əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin bu cür saziş bağlamağa hazır olduğuna inanır.
Prezident Tramp müsahibəsində sülh danışıqlarının bərpası və diplomatik səylərin artırılmasının regionda sabitlik üçün yeganə çıxış yolu olduğunu qeyd edib.
Ruslan MƏMMƏDOV