Rusiyada Xarici Dilə Qadağa: Lövhələr və Göstəricilər Yalnız Rus Dilində Olacaq!

ELAZ.İNFO xəbər verir ki, Rusiya Federasiyasında dil siyasəti ilə bağlı ciddi dəyişikliklər qüvvəyə minib. Martın 1-dən etibarən ölkə ərazisindəki bütün lövhələr, reklam şitləri və göstəricilərdə xarici dillərdən istifadə məhdudlaşdırılıb. Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu qərarın rəsmən tətbiq olunduğunu təsdiqləyib.

Yeni qaydalara əsasən, informasiya mütləq şəkildə rus dilində əks olunmalıdır. Xarici dildə olan yazılara yalnız o halda icazə verilir ki, həmin məlumat rus dili ilə paralel şəkildə, lakin rus dilindən daha üstün və ya eyni səviyyədə təqdim edilsin. Bizim məqsədimiz dövlət dilinin statusunu möhkəmləndirmək və ictimai məkanlarda rus dilinin üstünlüyünü təmin etməkdir, – deyə Volodin vurğulayıb.

Qanunvericilik Rusiyada yaşayan digər xalqların dillərinə qadağa qoymur. Lövhələrdəki məlumatlar Rusiya Federasiyası subyektlərinin dövlət dillərində və ya Rusiya xalqlarının dillərində dublyaj oluna bilər. Lakin əsas şərt rus dilinin istifadəsidir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights