Ukrayna ordusu əks-hücum əməliyyatı keçirdi

ELAZ.İNFO xəbər verir ki, Ukrayna ordusu əks-hücum əməliyyatından sonra Dnepropetrovsk bölgəsində 300 kvadrat kilometrdən çox əraziyə nəzarəti bərpa etdiyini açıqladı.

Ukrayna Ordusunun Hava Hücum Qüvvələrinin sosial media hesabında dərc olunan yazılı açıqlamada əks-hücumun Rusiya ordusunun Zaporojye və Dnepropetrovsk bölgələrində irəliləməsinin qarşısını almağa yönəldiyi bildirilir.

Bəyanatda əks-hücumun məqsədinin Rusiya ordusunu Dnepropetrovsk bölgəsinin inzibati sərhədlərindən çıxarmaq və Zaporojye bölgəsində irəliləməsini dayandırmaq olduğu qeyd edilərək, “Hava hücum qüvvələri bölməsi Oleksandrivka (Dnepropetrovsk bölgəsindəki yaşayış məntəqəsi) istiqamətində əməliyyat keçirir” deyə əlavə edilib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights