Tramp: -“Ya razılaşma əldə edəcəyik, ya da keçən dəfəki kimi çox pis işlər görməli olacağıq”

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranı hədəfə aldı, çünki danışıqların birinci mərhələsi hələ də Omanda davam edir.

İranla danışıqların uğursuz olacağı təqdirdə hərbi əməliyyatlara hazırlıq məqsədilə Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi hücum qrupu göndərməyi düşündüyünü deyən Tramp, “Oraya donanmamız gedir və başqa biri də gedə bilər” dedi.

ABŞ və İran arasında danışıqların ikinci mərhələsinin gələn həftə baş tutacağını gözləyən Tramp, “Ya razılaşma əldə edəcəyik, ya da keçən dəfəki kimi çox pis işlər görməli olacağıq” dedi.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights