ELAZ.İNFO xəbər verir ki, Taylanddakı Patong Prathan Kiriwat Məktəbində bir təcavüzkar avtomatik silahla atəş açıb. Görüntülərdə təcavüzkarın əlində silahla məktəb ərazisində sakitcə gəzdiyi və müəllim olduğu düşünülən gənc bir qadının müşayiəti ilə lentə alınıb.
Hadisə yerinə çoxsaylı silahlı polis əməkdaşı göndərilib və yüzlərlə şagird panik içində ətraf küçələrə qaçıb. İlkin məlumatlara görə, bəzi müəllim və şagirdlər məktəb binasının içərisində qalıb. Ən azı üç nəfərin yaralandığı bildirilir.
Polis əməkdaşları təcavüzkarı güllələyərək zərərsizləşdiriblər.
Günel GÜNTAC