İki ölkə qarşılıqlı səfirliklərini açdılar

ABŞ 2019-cu ildən bəri ilk dəfə Venesuelada səfirliyini açıb.

ELAZ.İNFO xəbər verir ki, ABŞ nümayəndəsi ilə Venesuela hökuməti arasında ilk görüş keçirilib. Venesuela həmçinin ABŞ-a nümayəndə təyin edib. Bu, ABŞ və Venesuelanın yeddi il ərzində qarşılıqlı olaraq nümayəndə təyin etdiyi ilk haldır.

Venesuelanın ABŞ-dakı nümayəndəsinin keçmiş xarici işlər naziri Feliks Plasensiya olacağı açıqlanıb. Onu da bildirək ki, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez Plasensiyanın bir neçə gün ərzində ABŞ-da danışıqlar aparacağını bildirib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights