ELAZ.İNFO xəbər verir ki, Rusiya hökumətinin yanacaq ixracına qoyulan qismən qadağanı 2026-cı ilin iyul ayının sonuna qədər uzatmaq qərarı daxili bazarda dərhal reaksiya doğurub. Fevral ayının ilk ticarət günündə benzinin topdansatış qiymətləri 1,5%-dən çox ucuzlaşıb.
Sankt-Peterburq Beynəlxalq Əmtəə-Xammal Birjasının məlumatlarına əsasən, qiymət dinamikası aşağıdakı kimidir: Aİ-92 markalı benzin: 1 tonun qiyməti 1,5% düşərək 58,2 min rubla enib. Aİ-95 markalı benzin qiymət 59,7 min rubla qədər geriləyib.
Hökumət bu qərarla daxili bazarda qıtlığın qarşısını almağı və ötən il qeydə alınan kəskin bahalaşma ssenarisinin təkrarlanmamasını hədəfləyir. Xatırladaq ki, 2025-ci ildə Rusiyada benzinin pərakəndə satış qiyməti 10,8% artıb ki, bu da illik inflyasiyanı (5,6%) iki dəfə üstələyib.
Bu dəfəki məhdudiyyətlər əvvəlkilərdən fərqli olaraq daha hədəf yönümlüdür. Qadağa artıq birbaşa istehsalçı zavodlara şamil edilmir: Qadağa kimlərə aiddir: Trederlər, neft bazaları və kiçik neft emalı zavodları (NEZ). Böyük neft şirkətlərinin istehsal güclərinin həddindən artıq dolmasının (zato-varlanma) qarşısını almaq.
Ekspertlər bu il yanacaq doldurma məntəqələrindəki qiymətlərlə bağlı fərqli fikirdədirlər. “Alyans Traks” şirkətinin rəhbəri Aleksey İvanovun proqnozuna görə: İlin sonuna qədər Aİ-92 markalı benzinin litri 66–68 rubla, Aİ-95 isə 71–73 rubla qədər yüksələ bilər. Yanvarın 1-dən aksiz vergilərinin 5,1% artırılması artıq qiymətlərə təsir etməyə başlayıb.
Mütəxəssis İqor Yuşkov isə bildirir ki, neft şirkətlərinin avadanlıq təmiri xərclərinin artması və sanksiyalar fonunda qiymət artımını inflyasiya çərçivəsində (4%) saxlamaq çətin bir tapşırıq olacaq.
Ruslan MƏMMƏDOV