Sarkeldən çıxan Xəzər Damğaları və Azərbaycan Ərazisində Aşkar Olunan Tayfa Damğaları

ELAZ.İNFO

Sarkel — IX əsrdə Xəzər Xaqanlığı dövründə Don çayı sahilində inşa edilmiş möhtəşəm qaladır. Qala Şərqi Avropa ilə Avrasiya çöllərini birləşdirən mühüm ticarət və hərbi yolları nəzarətdə saxlayırdı.

“Sarkel” adının “Ağ qala” kimi izahı arxeoloji qazıntılar zamanı aşkarlanan ağardılmış kərpiclərlə də təsdiqlənir.

Arxeoloji tapıntılar arasında xüsusi maraq doğuran nümunələrdən biri üzərində damğalar olan kərpiclərdir.

Bu adət türk dünyasında geniş yayılmış nəsil-tayfa nişanlama ənənəsinin memarlıq mühitinə daşınmış formasıdır və mülkiyyət, himayə, həmçinin sakral məna daşıyırdı.

Kərpic üzərinə damğa vurma ənənəsinin isə, eyni nümunələrini Azərbaycanda da müşahidə etmək olar.

Misal üçün, Xızı rayonunda yerləşən Şeyx Heydər piri ərazisində qeydə aldığımız damğalı kərpic bu ənənənin yerli mühitdə yaşadığını açıq şəkildə göstərir.

Eyni adətə Qazaxıstanın Manğıstau (Mangistau) bölgəsində də rast gəlinir. Burada orta əsr məkanlarında və kult tikililərində istifadə olunan kərpic və daşlar üzərində oxşar Damğaları görmək olar.

Bu paralellər göstərir ki, Sarkeldən Azərbaycana, oradan isə Manğıstauya qədər uzanan geniş coğrafiyada damğa təkcə işarə deyil, ümumtürk mədəni yaddaşının memarlıqda əks olunan canlı daşıyıcısıdır.

İrsimizi tanıyaq və qoruyaq!

Sabit COCULU

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights