Muğam- milli ruhani dəyərimiz

ELAZ.İNFO

Təkcə muğam kifayətdir ki, dünya Azərbaycana baş əysin.
Böyük Azərbaycan filosofu,Mütləqə İnam peyğəmbəri Asif Ata.
Şərif Ağayar adlı bir yazar Kamil sənət əsəri olan Muğam haqqında belə bir ifadə işlədib:
Muğam başdan – ayağa ruslara tabe olan köləlik sənətidir.
Muğamı Sufilər yaradıblar.Muğamı yaratmaqda məqsəd insan daxilində Muğam vasitəsilə katarsis,yəni təmizlənmə aparıb insanı öz allahına tən eləmək olub.
Muğam bəşər tarixində yaranan ən kamil sənət əsəridir.
Muğam vasitəsilə böyüyürük ,dərk edirik həyat adlı hikməti.həyatın sevincin,kədərin,enişin,yoxuşun,
gəlişin gedişin.
Şərif Ağayar muğama ” dil uzadarkən” yaxşı olardı ki, Sufizmi öyrənməyə çalışardı,Sufilərin özyaşamlarını öyrənərdi,Sufilər haqqında yazılan əsərləri oxuyardı.
Asif Atanın ” Muğam Fəlsəfəsi” əsərini,İdris şahın ” Sufizm” əsərini və s.
Sufilər Muğamı yaradarkən Şiri Laqoh fəlsəfəsindən yararlanıblar.
Şirin Laqoh fəlsəfəsinin 3 yönü var.
1.İnsanın özünü yaratması.
2.İmtina.
3.Dünyanın ruhu.
İnsan dünyaya gəlir öz yaradır.
İmtina yüksəkliyinə yüksəlir.
Antiinsani olanlardan imtina edir.
İnsan dünyanı sevmir,ancaq dünyanın dünyalıq yaşadan ruhunu sevir.
Muğam fəlsəfədir.
Fəlsəfə- dünyanın,həyatın,İnsanın gerçək mahiyyətinindərki haqqında elmdir.
Muğamı yaradan Sufilər deyirdilər ki, allaha yaxın olanın azuqəsi az olmalıdır.Onlar mənəviyyat insanı idilər.
Köləliyi,yaltaqlığı qəbul etmirdilər.
Sufilərin ən zəifi ən güclü hakimin ayağına getməzdi.İşıqlı ,ləyaqətli insan idilər.
Azərbaycanda indi oxuyan çoxdur. Azərbaycanda indi Xanəndə yoxdur.
Xanəndəyə məxsus olan keyfiyyətlər bunlardır:
Təbii səs
Təbii sənət
Təbii ağıl.
İndiki oxuyanlar Muğamın ruhuna yaddırlar.Muğamın fəlsəfəsini bilmirlər.Səsləri insanları kamilliyə haraylamır. Yarınmaq,yaltaqlanmaq,fəxri adlar….Fəxri ad istedadsızlıq əlamətidir. Alan verənin köləsinə çevrilir.
Muğam ruslara tabe olan köləlik sənəti deyil. Muğam insanı özündən Yüksəyə Haraylayan,insanı insanlaşdıran kamil sənət əsəridir. Muğam bizə kamil yaşamağı öyrədir. Şərif bilənlə bilməyən eyni olmur.
Biləni eşit,onun ardınca get,onun dediklərini elə.
Böyük Azərbaycan fikir insanı Safruh Uluyurd Hərakatının Öndəri Abil Ulusoya həsr etdiyi ” Balaca Tövrat” əsərində belə demişdir.
Muğamın danışıq dili fəlsəfədir.
Onun danışıq dilini öyrənən ona “köləlik sənəti” deyə bilməz.
Şərif sənin Kamil sənət əsəri olan Muğam haqqında dediklərini isə
” bilməzin bildikləri” adlandırıram.

Ulusumuz Uluyurdumuz var olsun!

Abil Ulusoy

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights