Çinin yüksək rütbəli generalı nüvə sirlərini ABŞ-a sızdırmaqda ittiham olunur

ELAZ.İNFO xəbər verir ki, Çində ölkənin ən yüksək rütbəli generalı və ordunu idarə edən Mərkəzi Hərbi Komissiyanın sədr müavini, Vyetnam müharibəsində xidmət etmiş general Çjan Yuksyaya qarşı istintaq başlanıb.

Wall Street Journal qəzetinin yüksək rütbəli komandirlər üçün keçirilən brifinqdə iştirak edən mənbələrə istinadən verdiyi məlumata görə, Çjan Çinin nüvə proqramı ilə bağlı texniki məlumatları ABŞ-a ötürməkdə və bununla da milli təhlükəsizliyə xələl gətirməkdə ittiham olunur. Nəticələrin Çinin hərbi və mülki nüvə proqramlarının idarə olunmasından məsul olan Çin Milli Nüvə Korporasiyasının (CNNC) keçmiş baş meneceri Qu Cunla bağlı istintaqdan qaynaqlandığı deyilir.

Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi İntizam Nəzarəti Komissiyası və Çin Milli Təftiş Komissiyası 19 yanvarda mülki icraçı vəzifəli Quya qarşı istintaq başlandığını açıqlayıb.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights