Lənkəranda ev yandı

ELAZ.İNFO Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Viravul kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan dördotaqlı evin bir otağının yanar konstruksiyaları 12kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights