Tramp WSJ-ni məhkəməyə verdi

ELAZ.İNFO xəbər verir ki, “The Wall Street Journal” qəzeti 19 iyulda Trampla Cefri Epşteyn arasında dostluq münasibətlərinin olması haqda məqalə dərc etmişdi. Tramp bu məqaləni iftira adlandırıb və ona görə artıq WSJ-ni məhkəməyə verdiyini bildirib.

Lakin növbəti gün WSJ-nin daha bir məqaləsi Trampı qəzəbləndirib. Məqalədə yazılıb ki, maliyyə naziri Skot Bessent Trampı FRS-in sədri Cerom Pauelli vəzifəsindən çıxartmaqdan çəkindirib, çünki bu maliyyə bazarlarının güclü mənfi reaksiyasına səbəb olar.

1-ci məqalənin yalan olmadığını təsdiq edən çoxlu foto və videomateriallar var – ona görə məhkəmə dinləmələrinin olacağına inanmıram. 2-ci məqalə isə, həqiqətən də, yalan ola bilər. Bu dəfə Trampı özündən çıxaran əslində yalan yox, başqa məqam olub. Tramp dərhal alıb “sazını”, görək nə deyib:

-“Bu gün “The Wall Street Journal” ənənəvi yalançı məqalə dərc edib ki, maliyyə naziri Skot Bessent mənə izah edib ki, tarixin ən pis FRS sədri Cerom “tormoz”* Pauellin vəzifəsindən azad edilməsi bazara pis təsir göstərər. Mənə bunu izah etmək lazım deyil. Bazar üçün nəyin yaxşı olduğunu və ABŞ üçün nəyin yaxşı olduğunu mən hamıdan yaxşı bilirəm. Mən olmasaydım, bazar belə yüksək göstəricilərə çatmazdı, çox güman ki, dağılardı. Budur dəqiq məlumat. İnsanlar mənə izah etmirlər, mən onlara izah edirəm.”

*”Tormoz” ləğəbini C.Pauellə Tramp qoyub. Tramp hesab edir ki, zəruri qərarın verilməsi ona gec çatır.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights