ELAZ.İNFO Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin verdiyi xəbərə istinadən bildirir ki, polis əməkdaşları tərəfindən Yasamal rayonunda yerləşən 308 nömrəli tam orta məktəbdə şagirdlərlə növbəti maarifləndirici görüş keçirilib.
Tədbirdə gənclərə narkotiklərin zərərləri, erkən nikahın yaratdığı sosial və psixoloji fəsadlar barədə ətraflı məlumat verilib, onların sağlam və təhlükəsiz gələcəyi üçün vacib tövsiyələr çatdırılıb.

elaz.info