Tək qardaş Tacikistan TDT-na dəvət edildi

12.10.2026

ELAZ/INFO

Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərinə işgüzar səfəri və bu səfərdə bir-birinin ardınca beynəlxalq toplantıların keçirilməsi, dünyanın geosiyasi mübarizəsində müxtəlif səviyyəli və müxtəlif istiqamətli güc mərkəzlərinin bir-biri ilə yumşaq mübarizəsinin davamıdır.
Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başcılarının 8-ci Məşvərət toplantısı, orta güc mərkəzlərinin qütübləşən dünyada öz mövqeylərini möhkəmlənməsi istiqamətində mübarizəsidir. Bu dövlətlər birliyi Türk Dövlətləri Təşkilatı ilə birləşməsi olduqca realdır. Yəni Tacikstanı əlavə edərək qüdrətli güc mərkəzinə çevrilmək, daha qısa zamanda baş verə bilər. Bu mümkündür. Tək qardaş Tacikistanı TDT-na dəvət etməklə böyük gücə çevrimək reallaşır. Bunun üçün dövlət başcılarının geostrateji təfəkkürü, iradəsi, dünyanın geosiyasi xəritəsində amansız gedən “şahmat oyununu” bilmək lazımdır. Rusiya öz qlobal güc olmaq mövqeyini itirməkdə davam edir. Orta Asiya dövlətləri illərlə Rusiyanın təsiri altında olmasının psixologiyasından tam azad olmasa, bu iş bir az vaxt tələb edəcək.
Türkmənistanda baş verən növbəti tədbir, MDB dövlət başcıları şurasının iclasının keçirilməsi və İran Prezidentinin də iştirakı oldu. Bu iclas, bütünlüklə əsasən Rusiya Federasiyasının beynəlxalq aləmdə mövqeylərinin möhkəmlənməsinə istiqamətlənib. Bu iclas Rusiyanın ənənəvi rəqibi olan ABŞ, İngiltərə, qərblə mübarizəsində Rusiyanın rəqibinə mesajıdır, ona yumşaq hücumudur. Bu iclasda xırda dəyişənləri, məqsəd olaraq göstərərək, əsas məqsədi isə ABŞ-la, İngiltərəyə, qərblə mübarizədə əks hücumudur. Bu iclasda İranın da iştirak etməsi, İranla ABŞ-ı anlaşmasında Rusiyanın da söz sahibi etməsini real göstərir.
Yaxın günlərdə Mayamidə ABŞ prezidenti ilə Rusiya Prezidentinin görüşü olmalıdır. Bu görüşdə Rusiyanın mövqeyini gücləndirmək üçün MDB iclasında İranın da dəvət olunması, Rusiya üçün olduqca lazımlı idi. Bəlkə də Türkmənistanda ola bilən Rusiya məxvi agentləri bu tədbirləri Rusiyanın maraqları üçün bu zamanda və bu formartda hazırlayıb.
Bu ardıcıl tədbirlərdə Xəzəryanı dövlətlərin Xəzərin ekosisteminin problemlərinə həsr olunan iclası bu problemlərin həlli istiqamətində real işlərə təkan verərsə, bu bütün Xəzəryanı ölkələrin maraqlarına xidmət edən iclas olacaq.
Türkmənistanda ardıcıl keçirilən bu iclasların mahiyyəti onu göstərir ki, hələ də böyük güclərin mübarizəsi davam edir və onların gizlin agentləri Türk dövlətlərinin içində də mövcuddur. Mərkəzi Asiya dövlətlərində bu təhlükəli həll daha çox hiss olunmaqdadır. Azərbaycanda bu qorxulu hall yoxdur. Bu cəsusluga həvəsli olanlar gücsüz və təhlükəsizdir.
Bu tədbirlərdə bir-birləri ilə təbəssümlə, xoş sözlərlə, xoş münasibətlər, bunlar hamısı gözə yaxşı görünən görüntülərdir. Bunlar əsas geosiyasi niyyətləri gizlətmək üçündür. Sözsüz ki, cənab İlham Əliyev hətta belə iclaslarda iştirak edərək mövqelərimizi gücləndirir.
Azərbaycan Prezidenti haqlı olaraq bəyan etdi; “Hörmətli həmkarlar, əməkdaşlıq formatının geosiyasi əhəmiyyəti, təkcə energetika və nəqliyyat sahəsində layihələrlə yekunlaşmır. Ölkəmizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik, bütün nailiyyətlərimizin təməli, mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin TƏMƏLİDİR.
Prezident cənab İlham Əliyev olduqca doğru olaraq bəyan edib ki, bizim, bütün uğurlarımızın təməli, sülh və təhlükəsizliyimizdir! Siyasi və iqtisadi sabitlikdir! Bunun üçün də gərək GÜCLÜ OLAQ, GÜCLÜ OLMAQ ÜÇÜN GƏRƏK BİRLİYİMİZ OLSUN! Cənab Prezident bu mesajı qısa olaraq həmkarlarının diqqətinə çatdırdı.
Bu görüşlərin xarici görüntülərinə aldanmaq qətiyyən olmaz! Türk Dövlətləri Təşkilatına (TDT) Tacikistanı da dəvət edib daha da geosiyasi mövqelərimizi gücləndirək. Gələcəkdə TDT-nın toplantılarına İrandan bütün Türk xalqlarının da nümayəndələrini, Çindən Uyqur nümayəndələrini də dəvət etməklə daha da güclənməliyik. Bunu hansı yumşaq hibrid yollarla etmək lazım olduğunu böyük güc mərkəzlərindən öyrənmək lazımdır.
Biz güclü olmağa məhkumuq! Əks halda biz digər güclərin obyektləri olacağıq!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
👁33
Teqlər: