Bakıda hava əsasən yağmursuz keçəcək – Temperatur 26 dərəcəyədək yüksələcək

12.10.2026

ELAZ.İNFO xəbər verir ki, Bu gün Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir. Gün ərzində bəzi ərazilərdə qısamüddətli az yağış ehtimalı olsa da, havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15–18, gündüz isə 21–26 dərəcə isti olacaq.

Atmosfer təzyiqinin 766 millimetr civə sütunu, nisbi rütubətin isə 70–75 faiz təşkil edəcəyi bildirilir.

Ölkənin əksər rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, gündüz saatlarında bəzi şərq rayonlarında qısamüddətli yağış və şimşək ehtimalı var.

Gecə və səhər bəzi ərazilərdə duman müşahidə edilə bilər. Şərq küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi proqnozlaşdırılır.

Rayonlarda gecə temperaturu 14–18, gündüz 21–26 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 4–9, gündüz 13–18 dərəcə isti gözlənilir.

Duman ehtimalı olan ərazilərdə sürücülərə yolda diqqətli olmaq tövsiyə olunur.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁23
Teqlər: