Şəhid ailələrinin “Qardaşlıq görüşü” keçirilib


ELAZ.İNFO xəbər verir ki, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin birgə təşkilatçılığı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərəfdaşlığı ilə Ankara və Konya şəhərlərində reallaşan “Qardaşlıq görüşü” keçirilib.
Şəhid ailələri Ankara səfəri müddətində Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin Baş direktoru Muharrem Kurt, eləcə də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov tərəfindən rəsmi qəbul ediliblər. Keçirilən görüşlərdə mənəvi birliyin qorunması və gələcək birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Üç ildir keçirilən “Qardaşlıq körpüsü” layihəsi şəhidlərimizin əziz xatirəsinə ehtiramın və ortaq kədəri, eləcə də qüruru paylaşan ailələrin həmrəyliyinin bariz nümunəsinə çevrilib. Layihənin ilk mərhələləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşdırılaraq Ankara və İstanbul şəhərlərində yaşayan şəhid ailələrinin Bakı şəhərinə və Qarabağa səfərləri təşkil olunub.
Aydan





