Hicabla bağlı son hadisələr: Qanunun aliliyi və ictimai asayiş əsas prinsipdir

12.10.2026


ELAZ.İNFO xəbər verir ki, son günlər Azərbaycanda dövlət ümumtəhsil məktəblərində hicabla bağlı məsələ yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib.

21 sentyabr 2026-cı ildə məktəbli geyim qaydalarına edilən dəyişikliklərdən sonra hicablı şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı məlumatlar yayılıb. Bununla yanaşı, qəbul edilmiş qaydaların necə tətbiq olunması, dünyəvi təhsil prinsipi və mövcud hüquqi tələblərin izahı ətrafında müzakirələr davam edir.


Sözardı
:Bu məsələdə əsas prinsip qanunun aliliyidir. Dövlət tərəfindən qəbul edilən normativ hüquqi aktların icrası təmin olunmalı, heç bir şəxs qanunvericiliyin tələblərini özbaşına şərh edərək hüquqi nizama zidd davranmamalıdır. Qanuni tələblərlə razılaşmayan şəxslər mövqelərini qanunla nəzərdə tutulmuş müraciət, şikayət və məhkəmə mexanizmləri vasitəsilə ifadə edə bilərlər.
Qanunsuz aksiyalar, ictimai qaydanın pozulması, zorakılıq və qarşıdurmaya çağırışlar yolverilməzdir. İctimai narazılıqların küçə qarşıdurmasına çevrilməsi əvəzinə, məsələlərin hüquqi müstəvidə həlli təşviq olunmalıdır. Bununla belə, hər hansı toplantının qanunsuz olub-olmaması konkret şərait və qüvvədə olan qanunvericilik əsasında müəyyən edilməlidir.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın
👁18
Teqlər: