Baş ağrınız qəfil şiddətlənərsə, diqqətli olun! Mütəxəssisdən payız xəbərdarlığı


ELAZ.İNFO xəbər verir ki, temperatur və atmosfer təzyiqindəki dəyişikliklərlə miqren tutmaları arasında əlaqə olsada, bu əlaqə hər kəsdə eyni şəkildə özünü büruzə vermir.
Payızda hava şəraitinin dəyişməsi bəzi insanlarda tutmaları tətikləyə bilsə də, miqrenin bioloji xüsusiyyətləri fərdi xarakter daşıyır. Bundan əlavə, maye itkisi, yuxu rejiminin pozulması və ya gündəlik vərdişlərdəki dəyişikliklər kimi digər amillər də rol oynaya bilər. Bu payızın sadəcə temperatur dəyişikliyindən ibarət deyil. Bu mövsümdə gün işığının müddəti, yuxu-oyanma dövrlərimiz, fiziki aktivlik səviyyələrimiz və gündəlik həyat tempimiz də dəyişir. Məktəb və iş qrafiklərinin gərginləşməsi, stress, qidalanma vaxtlarının dəyişməsi, qapalı məkanlarda keçirilən vaxtın artması və bəzi insanlar üçün mövsümi allergenlər də bu ümumi mənzərəyə təsir göstərə bilər.
Adilə Vəliyeva Pediator





