QHT sədri Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunub

ELAZ.İNFO Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunub.

Uzun illərdir ictimai fəaliyyət sahəsində aktiv olan Gülqədəm Mirzəzadə, xüsusilə qadınların sosial inkişafı, icma təşəbbüslərinin gücləndirilməsi və yerli səviyyədə sosial layihələrin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyətlərə imza atıb. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr regionda sosial fəallığın artmasına, qadınların və gənclərin cəmiyyətə inteqrasiyasına əhəmiyyətli töhfə verib.

Qeyd edək ki, Gülqədəm Mirzəzadə həm də yazıçı-şair kimi tanınır. Onun publisistik yazıları, müxtəlif mövzuları əhatə edən əsərləri yerli və beynəlxalq platformalarda yayımlanıb, bəzi yaradıcılıq nümunələri isə xarici dillərə tərcümə olunub.

Azərbaycan Jurnalistlər Birliyinə üzvlük Gülqədəm Mirzəzadənin ictimai və yaradıcılıq fəaliyyətinə verilən növbəti dəyər kimi qiymətləndirilir. Bu üzvlük onun informasiya mühitində daha fəal iştirakına, ictimai mövzuların işıqlandırılmasına və media sahəsində fəaliyyətinin genişlənməsinə yeni imkanlar açır.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights