ELAZ.İNFO xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən qadın və sevgilisinin məhkəməsi keçirilib.
Zərərçəkənin hüquqi varisi çıxış edərək hər iki təqsirləndirilənin ömürlük cəzaya məhkum edilməsini məhkəmədən istəyib.
Təqsirləndirilən Leyla Abbasova üç uşağının olmasını nəzərə alınmasını və ədalətli qərar çıxarılmasını məhkəmədən istəyib.
Digər təqsirləndirilən Zahir Soltanov çıxışında üzünü zərərçəkənin ailəsinə tutaraq “Tək mənəm günahkar. Qanım sizə halaldır, istəyirsiniz öldürün məni. Möhtərəm məhkəmə, nə cəza verirsinizsə, mənə verin” deyib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilənlər – Leyla Abbasovanın 15 il, Zahir Soltanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Aydan