QARS TÜRK DÜNYASININ ELM VƏ MƏDƏNİYYƏT PAYTAXTINA ÇEVRİLDİ

QARS TÜRK DÜNYASININ ELM VƏ MƏDƏNİYYƏT PAYTAXTINA ÇEVRİLDİ

ELAZ.İNFO xəbər verir ki, 026-cı il iyulun 3–6-da Türkiyənin Qars şəhərində Dünya Qarapapaq Türkləri Vəqfinin təşkilatçılığı ilə keçirilən Dünya Qarapapaq Türkləri Elmi Seminarı və Aşıq Ələsgər ilə Aşıq Şenlik adına Ozanlar Şöləni uğurla başa çatdı.

Dörd gün davam edən tədbir Türkiyə ilə yanaşı Azərbaycan, Gürcüstan, İran və Qazaxıstandan gələn alimləri, tədqiqatçıları, aşıqları və mədəniyyət xadimlərini bir araya gətirdi.

Qarapapaq türklərinin tarixi, folkloru, dili, mədəniyyəti və sosial həyatına həsr olunan elmi seminar Türk dünyasının ortaq irsinin araşdırılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm platforma oldu. Tədbir çərçivəsində Qarapapaq türklərinin zəngin tarixi-mədəni irsi müxtAlif aspektlərdən müzakirə edildi, eyni zamanda böyük söz ustadları Aşıq Ələsgər və Aşıq Şenliyin yaradıcılığı və mənəvi irsi ehtiramla yad olundu.

Proqramın ilk günü iştirakçılar Çıldır rayonuna səfər edərək Aşıq Şenliyin məzarını ziyarət etdilər. Böyük sənətkarın xatirəsi ehtiramla anıldı, onun Türk dünyasının mədəni yaddaşındakı müstəsna yeri bir daha vurğulandı.

Elmi seminar iyulun 5-də Qars İl Mədəniyyət və Turizm İdarəsinin konfrans zalında rəsmi açılış mərasimi ilə işə başladı. Tədbir Türkiyə Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqAlik sükutla yad olunması ilə açıq elan edildi.

Elmi seminar Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Türkiyədən gəlmiş tanınmış alimlər məruzələrlə çıxış etdilər. İştirakçılar sırasında professor Ali Kafkasyalı, professor Nizami Məmmədov Tağısoy, professor Oktay Belli, professor Şurəddin Məmmədli, professor Yavuz Selim Kafkasyalı, dosent İlhamə Qəsəbova, dosent Hamza Kolukısa, doktor İsa Yeganə, doktor Gülnarə Qoca Məmmədli, Güzin Sühran Belli, və doktor Mir Ali Rzayi kimi tanınmış alim və tədqiqatçılar yer aldılar.

Elmi seminarda həmçinin Qars Bələdiyyəsinin sədri professor Ötüken Senger, Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev,  dövlət qurumlarının rəhbərləri, Jandarma Alay Komandanı Yusuf Mutlu Genç, Polis İdarəsinin rəisi Murat Abdullah Tombul, Türkiyə–Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin sədri professor Aygün Attar, universitet dekanları, alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və çoxsaylı qonaqlar iştirak etdilər.

Dünya Qarapapaq Türkləri Vəqfinin baş katibi Osman Saday salamlama nitqində bildirdi ki, vəqfin əsas məqsədi Qarapapaq türklərinin zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərini elmi əsaslarla araşdırmaq, qorumaq və beynəlxalq səviyyədə tanıtmaqdır. O qeyd etdi ki, iki ildən artıq davam edən elmi hazırlıq prosesi nəticəsində müxtAlif ölkələrdən olan alimlərin iştirakı ilə üç beynəlxalq elmi seminar təşkil olunub, geniş arxiv və sahə tədqiqatları aparılıb. Osman Sadayın sözlərinə görə, bu fəaliyyətin nəticəsi olaraq Qarapapaq türklərinin tarixi, folkloru, dili, sosial həyatı, incəsənəti və aşıqlıq ənənəsini əhatə edən fundamental nəşrlər hazırlanaraq elmi ictimaiyyətə təqdim edilib. O vurğuladı ki, rəqəmsal informasiya məkanında yayılan qeyri-dəqiq məlumatların qarşısını almağın ən etibarlı yolu elmi mənbələrə söykənən tədqiqatların ortaya qoyulmasıdır. Baş katib həmçinin layihənin Azərbaycan və digər Türk dünyası ölkələrində böyük maraqla qarşılandığını, təqdimatların müxtAlif elmi və mədəni platformalarda davam etdirildiyini diqqətə çatdırdı. Osman Saday professor Ali Kafkasyalının rəhbərliyi ilə fəaliyyət göstərən Elmi seminarın və layihədə iştirak edən alimlərin zəhmətini yüksək qiymətləndirərək bu nəşrlərin Türk dünyasının ortaq mədəni irsinin qorunmasına mühüm töhfə verəcəyini bildirdi. Sonda o, Dünya Qarapapaq Türkləri Vəqfinin rəhbərliyinə, Elmi Seminarın üzvlərinə, müəlliflərə, təşkilatçılara və tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü ifadə etdi.

Elmi seminarın açılış mərasimində çıxış edən Dünya Qarapapaq Türkləri Vəqfinin Elmi Komitəsinin sədri, professor Ali Kafkasyalı tədbirin yalnız elmi müzakirələr platforması olmadığını, eyni zamanda Türk dünyasının ortaq tarixi yaddaşını və mədəni birliyini möhkəmləndirən mühüm bir görüş olduğunu vurğuladı.O bildirdi ki, Qarapapaq türkləri zəngin tarixi-mədəni irsə malik qədim türk toplumlarından biridir. Bu irsin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi isə bu günün ən mühüm elmi və mədəni vəzifələrindən biridir.

Professor Ali Kafkasyalı çıxışında vurğuladı ki, Qarapapaq türkləri Qafqazdan Anadoluya, Azərbaycandan İran coğrafiyasına qədər geniş bir ərazidə dərin tarixi izlər buraxmışlar. O qeyd etdi ki, bu toplum güclü ailə dəyərləri, milli adət-ənənələri, vətən sevgisi və aşıqlıq mədəniyyəti ilə seçilir. Professorun sözlərinə görə, “Mədəni irs ona sahib çıxıldıqca yaşayır, gənc nəsillərə ötürüldükcə daha da güclənir.” Bu fikir elmi seminarın əsas məqsədini ifadə edirdi.

Tədbirdə çıxış edən professor Nizami Məmmədov Tağısoy Qarapapaq türklərinin tarixi, etnogenezi, məskunlaşdıqları coğrafi ərazilər, etnik kimliyi, milli psixologiyası, həyat fəlsəfəsi və qəhrəmanlıq salnaməsi barədə ətraflı fikir söylədi. O, Qarapapaqların zəngin mənəvi dünyasının və mədəni irsinin elmi baxımdan daha dərindən araşdırılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə aparılacaq tədqiqatların gələcəkdə daha sistemli və konseptual xarakter daşımalı olduğunu bildirdi.

Professor Nizami Məmmədov Tağısoy qeyd etdi ki, “Qarapapaq türkləri” kitabının “Giriş” hissəsində Qarapapaq türklərinin etnik tarixinin araşdırılması ilə bağlı metodoloji və konseptual yanaşmalar öz əksini tapıb. Onun sözlərinə görə, Qars şəhərində keçirilən bu beynəlxalq elmi seminar Qarapapaq türklərinin tarixinin, mədəniyyətinin və həyat tərzinin elmi əsaslarla öyrənilməsi istiqamətində mühüm mərhələ olmaqla yanaşı, gələcək tədqiqatlar üçün də yeni elmi perspektivlər açacaq.

Elmi seminarda çıxış edən professor Selim Yavuz Kafkasyalı belə dəyərli bir nəşrin ərsəyə gəlməsini Qarapapaq türklərinin zəngin mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm hadisə kimi qiymətləndirdi. O bildirdi ki, kitabda müəllifi olduğu “Qarapapaq türklərində musiqi mədəniyyəti və xalq oyunları” bölməsində xalqın musiqi irsi və rəqs ənənələri elmi yanaşma əsasında araşdırılıb.

Professor vurğuladı ki, bir xalqın milli kimliyini, tarixi keçmişini və mədəni xüsusiyyətlərini ən dolğun şəkildə əks etdirən dəyərlər sırasında musiqi və xalq oyunları xüsusi yer tutur. Xalqın sevinci, kədəri, qəhrəmanlıq salnaməsi, köç yolları, inanc sistemi və həyat tərzi əsrlər boyu mahnılarda, melodiyalarda və xalq oyunlarında yaşadılıb.

Selim Yavuz Kafkasyalının sözlərinə görə, musiqi və xalq oyunları yalnız estetik sənət nümunələri deyil, həm də milli-mədəni kimliyi yaşadan, kollektiv yaddaşı qoruyan, cəmiyyətdə birlik və həmrəylik hissini möhkəmləndirən mühüm mədəni sərvətlərdir. O qeyd etdi ki, Qarapapaq türkləri müxtAlif coğrafiyalarda yaşamalarına baxmayaraq, musiqi ənənələrini, saz sənətini, xalq oyunlarını və ifaçılıq mədəniyyətini böyük həssaslıqla qoruyaraq bu günə qədər yaşatmağı bacarıblar.

Professor bildirdi ki, sözügedən bölmə hazırlanarkən yazılı mənbələrlə yanaşı, sahə tədqiqatlarından, canlı mədəni irs daşıyıcılarının məlumatlarından və müxtAlif bölgələrdə müşahidə olunan ənənələrdən geniş istifadə olunub. Tədqiqatın əsas məqsədi Qarapapaq türklərinin zəngin musiqi və xalq oyunları irsini elmi əsaslarla sistemləşdirərək gələcək nəsillər üçün etibarlı mənbə yaratmaq olub.

Çıxışının sonunda professor Selim Yavuz Kafkasyalı fundamental nəşrin hazırlanmasına rəhbərlik edən professor Ali Kafkasyalıya, professor Nizami Tağısoya, materialların toplanması və tərtibi işində mühüm dəstək göstərən dosent İlhamə Qəsəbovaya, kitabın bölmə müəlliflərinə, Dünya Qarapapaq Türkləri Vəqfinə və layihənin ərsəyə gəlməsində əməyi olan bütün şəxslərə təşəkkürünü ifadə etdi.

Kitabda “Qarapapaq türklərində gələnək və görənək” (IV bölüm) və “Qarapapaqlarda geleneksel oyunlar və eglence kültürü” (VIII bölüm) bölümlərinin müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxışında qeyd etdi ki, Qarapapaq türklərinin adət-ənənələri cəmiyyətin sosial quruluşunu formalaşdıran əsas mədəni ünsürlərdən biri olmaqla yanaşı, xalqın milli-mənəvi dəyərlərinin, dünyagörüşünün və həyat tərzinin qorunub yaşadılmasında mühüm rol oynayır.

Nəsildən-nəslə ötürülən bu zəngin mədəni irs ailə institutunu möhkəmləndirir, ictimai həmrəyliyi gücləndirir və ortaq həyat şüurunu yaşadır. Elçilik, nişan, toy, doğum, hərbi xidmət və ölüm kimi həyatın keçid mərhələləri müəyyən adət və mərasimlər çərçivəsində yaşadılır. Bununla yanaşı, qonaqpərvərlik, ailə bağları və kirvAlik kimi sosial dəyərlər Karapapak cəmiyyətində birlik və bərabərliyin möhkəmlənməsinə, milli-mədəni kimliyin qorunmasına mühüm töhfə verir. Alim sonda bildirib ki, Müasir dövr informasiya və rəqəmsal texnologiyalar əsri kimi səciyyələnir. İnternet və süni intellekt texnologiyaları, o cümlədən ChatGPT kimi tətbiqlər gündAlik həyatın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qloballaşma və rəqəmsallaşma prosesləri folklor mühitinə də öz təsirini göstərmiş, folklor nümunələrinin toplanması, öyrənilməsi, qorunması və yayılması yeni müstəviyə keçmişdir.

           Eyni zamanda müşahidə olunur ki, müasir gənc nəslin ənənəvi xalq mədəniyyətinə, adət-ənənələrə və milli-mənəvi dəyərlərə münasibəti əvvəlki dövrlərlə müqayisədə fərqlənir. Gənclərin bir qismi bu irsi yetərincə tanımır, onun qorunması və yaşadılması prosesində əvvəlki nəsillər qədər fəal iştirak etmir. Bu baxımdan Qarapapaq türklərinin tarixi, folkloru, dili, sosial həyatı və mədəni irsini əhatə edən kitabın hazırlanması xüsusi elmi və mədəni əhəmiyyət daşıyır. Həmin nəşr təkcə tarixi həqiqətlərin sənədləşdirilməsi baxımından deyil, həm də milli-mədəni yaddaşın qorunması, gələcək nəsillərə çatdırılması və Qarapapaq türklərinin zəngin irsinin sistemli şəkildə öyrənilməsi baxımından dəyərli elmi mənbə kimi qiymətləndirilə bilər. Sonda bildirib ki,  Karapapak türklərinin adət-ənənələri təkcə keçmişdən gələn mədəni irs deyil, həm də mədəni yaddaşı yaşadan, ictimai kimliyi gücləndirən və keçmişlə gələcək arasında möhkəm bir mədəniyyət körpüsü yaradan əsas dəyərlərdir. Çıxışının sonunda İlhamə Qəsəbova qeyd edib ki, bu fundamental əsərin ərsəyə gəlməsi, ilk növbədə, elmi heyətə böyük məsuliyyət və yüksək peşəkarlıqla rəhbərlik edən hörmətli professor Ali Kafkasyalının gərgin zəhmətinin nəticəsidir. Onun elmi rəhbərliyi, təşkilatçılıq bacarığı və Türk dünyasının ortaq mədəni irsinin qorunmasına göstərdiyi fədakar münasibət bu nəşrin yüksək elmi səviyyədə hazırlanmasına mühüm töhfə vermişdir.  Professor Ali Kafkasyalıya göstərdiyi etimada, dəyərli elmi rəhbərliyinə və uzun illər ərzində Türk dünyasının mədəni irsinin araşdırılması və təbliği istiqamətində göstərdiyi əvəzsiz xidmətlərə görə səmimi minnətdarlığımı bildirir, ona gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayıram. Eyni zamanda, Dünya Qarapapaq Türkləri Vəqfinin sədri Erkan Koçaliyə, vəqfin sədr müavini Hikmət Karaboğaya, baş katib Osman Saday bəyə, eləcə də bu fundamental nəşrin ərsəyə gəlməsində əməyi olan bütün müəlliflərə və təşkilatçılara təşəkkürümü ifadə edirəm.

Tədbirdə çıxış edən natiqlər Qars şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladılar. Bildirildi ki, tarix boyu müxtAlif mədəniyyət və sivilizasiyaların qovuşduğu Qars Türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri olmaqla yanaşı, Qarapapaq türklərinin tarixi və mədəni yaddaşında da özünəməxsus yer tutur.

Elmi seminar çərçivəsində Qarapapaq türklərinin zəngin tarixi və mədəni irsini əks etdirən yeni nəşrlərin təqdimatı da keçirildi. “Qarapapaq Türkləri: Tarix, Folklor, Sosial Həyat, İncəsənət və Dil”, “Aşıq Şenlik və Dövrün Tarixi Siması” və “Göyçənin Müdrik Ozanı Ələsgər” kitabları iştirakçılara təqdim olundu, qonaqlara hədiyyə edildi. Qeyd edildi ki, bu nəşrlər gələcəkdə Qarapapaq türkləri və Türk dünyasının aşıqlıq ənənəsinə dair aparılacaq elmi tədqiqatlar üçün dəyərli mənbələrdən biri olacaq.

Seminarın bədii hissəsində İranın Sulduz bölgəsindən gələn Aşıq Rza Puyen və Qazaxıstandan dəvət olunmuş dombra ustası Malaka Aldamzarova çıxış edərək şeirlər səsləndirdilər, xalq mahnıları ifa etdilər. Onların təqdim etdiyi musiqi proqramı iştirakçılar tərəfindən maraqla qarşılandı və tədbirə xoş ovqat bəxş etdi.

Elmi seminarın sonunda Elmi Şuranın üzvlərinə, alimlərə və aşıqlara plaketlər və iştirak sertifikatları təqdim olundu. Təltifləri Qars Bələdiyyəsinin sədri professor Ötüken Senger, Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Zamin Əliyev, professor Aygün Attar və Dünya Qarapapaq Türkləri Vəqfinin sədri Erkan Koçali təqdim etdilər.

Həmin gün axşam Qars İl Mədəniyyət və Turizm İdarəsinin salonunda keçirilən “Ozanlar Şöləni” isə böyük maraq doğurdu. Azərbaycan, Gürcüstan, İran və Türkiyədən gələn aşıqların iştirakı ilə baş tutan gecədə saz və söz sənətinin zəngin ənənələri nümayiş etdirildi. Tədbirdə Aşıq Ələsgər və Aşıq Şenliyin xatirəsi ehtiramla yad olundu, Türk dünyasının ortaq mədəni sərvəti olan aşıqlıq sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti bir daha vurğulandı.

Şölən boyunca səsləndirilən əsərlərdə qardaşlıq, vətən sevgisi, birlik, milli-mənəvi dəyərlər və adət-ənənələr əsas mövzu kimi ön plana çıxdı. MüxtAlif ölkələrdən gələn sənətkarların eyni səhnədə çıxış etməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı və Türk dünyasının mədəni birliyinin parlaq nümunəsi kimi dəyərləndirildi.

Dörd gün davam edən beynəlxalq tədbir Qarapapaq türklərinin tarixi-mədəni irsinin təbliği, Türk dünyası arasında elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi, həmçinin aşıqlıq ənənəsinin yaşadılması baxımından mühüm hadisə kimi qiymətləndirildi. Qarsda keçirilən Dünya Qarapapaq Türkləri Elmi Seminarı və Aşıq Ələsgər ilə Aşıq Şenlik adına Ozanlar Şöləni elm, mədəniyyət, incəsənət və qardaşlıq dəyərlərini bir araya gətirən, iştirakçıların yaddaşında dərin iz buraxan beynəlxalq tədbir kimi uğurla başa çatdı.

Tədbir kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində oldu. AzTV, İHA, CNN Türk, Kaçkar Televiziyası və digər media qurumları proqramın bütün mərhələlərini yaxından izləyərək geniş ictimaiyyətə çatdırdılar.

Aydan

Bizi izləyin və paylaşın