İtaliya minaaxtaran gəmilərini Ərəb körfəzinə yaxınlaşır

ELAZ.İNFO xəbər verir ki, İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib ki, ölkə iki minaaxtaran gəmini Ərəb körfəzinə daha yaxın əraziyə göndərir.

Lakin o qeyd edib ki, bölgədə sabit atəşkəs təmin olunarsa, həmin gəmilər yalnız beynəlxalq missiyanın tərkibində yerləşdiriləcək.

Parlamentdə çıxış edən Krosetto bildirib ki, gəmilər ehtiyat tədbiri olaraq əvvəlcə Şərqi Aralıq dənizində, daha sonra isə Qırmızı dənizdə yerləşdiriləcək. O əlavə edib ki, Hörmüz boğazına hər hansı yerləşdirmə üçün parlamentin təsdiqi tələb olunur.

Nazir vurğulayıb ki, İtaliya yalnız “real, etibarlı və sabit atəşkəs” şəraitində hərəkət edəcək. Hazırda isə Böyük Britaniya və Fransa bölgədə gəmiçiliyin qorunmasına yönəlmiş mümkün dəniz missiyası ilə bağlı danışıqları davam etdirir.

Aydan

Bizi izləyin və paylaşın