İnanılmaz sürətlə gedən qatarın -cəmiyyətin içində qalırıq

ELAZ.İNFO

Bu gün ağız dolusu danışdığımız ölkənin ən güclü təhsil müəssisələrinin STEM ixtisaslarında təhsil alan tələbələrin əksəriyyəti öz işləri haqqında iki aydın cümlə qura bilmir. Elə bil 3-cü sinif uşaqları danışır.
Bu müşahidə etdiyim təsadüfi hal deyil, ümumi prosesdir. Deməli yaxın gələcəkdə həyatımıza köklü dəyişiklik gətirəcək bu ixtisaslarda çalışan mütəxəssislər cəmiyyətə aydın olan dildə nə etdiklərini başa sala bilməyəcək. Mütəxəssislə cəmiyyət arasında divar yüksələcək.

Daha da qorxulu ssenari – ali məktəb bu tələbələrə humanitar elmlərin təməli olan tənqidi yanaşmanı öyrətmir. Humanitar elmlər lazımsız hesab edilir, maliyyəsi azalır, STEM üçün faydasız hesab edilir və s. Yaxşı, təsəvvür edək ki həyatımıza nəhəng dəyişikliklər gətirəcək sahələrdə, texnoloji proqressin önündə gedən adamlarda bu dəyişikliklərin fəlsəfi, sosial, mədini təsirini anlamaq üçün lazım olan bilik və bacarıqlar yoxdur. Humanitar sahənin mütəxəssisləri azalır və sözləri də keçmir. Nəticə: biz nə üçün və haraya doğru gedən amma inanılmaz sürətlə gedən qatarın -cəmiyyətin içində qalırıq.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın