İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

ELAZ.İNFO xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 2-də BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.

Görüş zamanı Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflərin müzakirəsində Azərbaycanın beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyəti və müxtəlif qlobal məsələlərə münasibəti də diqqət mərkəzində olub.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın