Azərbaycanda azad edilmiş ərazilərin minatəmizlənməsi davam etdirilir

Azərbaycanda azad edilmiş ərazilərin minatəmizlənməsi davam etdirilir

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı minatəmizləmə işləri davam etdirilir.

Prezident İlham Əliyevin açıqladığı məlumata əsasən, bu günədək 298 min hektardan çox ərazi mina və digər partlayıcı təhlükələrdən təmizlənib.

Minatəmizləmə prosesi keçmiş münaqişə ərazilərində bərpa-quruculuq işlərinin əsas istiqamətlərindən biri olaraq qalır. Ərazilərin təhlükəsizliyinin təmin olunması həm insanların geri qayıdışı, həm də yeni yaşayış və infrastruktur layihələrinin həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

elaz.info

Bizi izləyin və paylaşın