Xarab qidalar tərkibindəki bakteriya və toksinlər səbəbindən qida zəhərlənmələrinə yol açır. Ət, balıq və fast-food kimi yüksək zülallı məhsullar xüsusilə risklidir. Zəhərlənmə simptomları 2 saatdan 3 günə qədər özünü göstərə bilər. Şübhəli məhsulları istehlak etməyin

Evdə saxlanılan bu qidalar yay istisində daha tez xarab olur

Yüksək temperatur ərzaqların saxlanma müddətinə ciddi təsir göstərir. Xüsusilə süd məhsulları, bişmiş yeməklər və kəsilmiş meyvələr otaq temperaturunda uzun müddət qaldıqda keyfiyyətini itirə bilər.

ELAZ.İNFO  xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirirlər ki, bişmiş yeməkləri soyuduqdan sonra qısa müddətdə soyuducuya yerləşdirmək daha məqsədəuyğundur. Meyvə və tərəvəzlərin isə istifadədən əvvəl yuyulması tövsiyə edilir.

Düzgün saxlanma qaydalarına əməl etmək həm qida israfının qarşısını alır, həm də sağlamlıq baxımından mümkün riskləri azaldır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın