İran Britaniyanın ittihamlarını rədd edib və onları "əsassız" adlandırıb

İran Britaniyanın ittihamlarını rədd edib və onları “əsassız” adlandırıb

ELAZ.İNFO xəbər verir ki, İranın Britaniyadakı yüksək səviyyəli diplomatı Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

London İranı son aylarda Avropada fəaliyyət göstərən proksi qruplar vasitəsilə hücumlar və təxribatlar təşkil etməkdə ittiham edir.


Britaniya hökumətinin açıqlamasına görə:
İranın Avropada proksi qruplara rəhbərlik edir və onları yönləndirir

London bu fəaliyyətləri Avropa ölkələrinin təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.
Xarici İşlər Nazirliyi İran nümayəndəsinə Britaniyanın bu məsələdən ciddi narahatlığını rəsmi şəkildə çatdırıb və Tehrandan bu cür fəaliyyətlərə son qoymağı tələb edib.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın