ELAZ.İNFO bildirir ki, bu gün görkəmli alim, filoloq, türkoloq, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun anım günüdür.
Görkəmli alim 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur.
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində oxumuş, rejissor Mehdi Məmmədovun və Azərbaycan SSR Xalq artisti Rza Təhmasibin tələbəsi olmuşdur.
O, pedaqoji fəaliyyətə başladığı ilk illərdə – 1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim və məktəb direktoru işləmiş, həmçinin 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetində ədəbiyyat kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru olmuşdur.
Professor İsmayılov dərs dediyi müddət ərzində gənc tədqiqatçıların yetişməsində xidmət göstərmişdir.
O, Azərbaycanda şərqşünaslığın inkişafına töhfə vermiş və bu sahədə bir neçə mühüm əsərin müəllifi olmuşdur.
Əjdər İsmayılov 13 mart 2022-ci ildə paytax Bakı şəhərində vəfat etmişdir.
Esmira RƏHİMOVA