Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular

Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə  çempionatında daha bİr medal qazanıb. 

ELAZ.İNFO xəbər verir ki, yarışların ilk günündə Turan Bayramov mükafatçılar sırasında yer alıb. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə rusiyalı Abdullah Parçiyevə qalib gələrək bürünc medala layiq görülüb. 

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevə qalib gələrək bürünc medal qazanmışdı. 

Beləliklə, cüdoçularımız ilk yarış gününü iki bürünc medalla başa vurub. 

Aprelin 19-dək davam edəcək Avropa çempionatında 15 cüdoçumuz mübarizə aparır. 

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights