Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransına yekun vurulub

Dünən Bakıda Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb. 

“Baku Marriott Hotel Boulevard”da keçirilən mötəbər tədbirin ikinci gününə liderlik bacarıqları və kommunikasiya mövzusunda müzakirələrlə start verilib.

ELAZ.İNFO xəbər verir ki, növbəti sessiyada Almaniya Atletika Federasiyasının nümayəndəsi Kristin Behrensin ənənəvi mühitdə liderlik dəyişiklikləri, layihə və insan resurslarının idarə olunması mövzusunda çıxışı dinlənilib.

Ardınca Finlandiya Atletika Federasiyasının prezidenti Riikka Pakarinen rəhbərlik etdiyi qurumun maliyyələşdirmə modelləri ilə bağlı təcrübəsini bölüşüb.

Sonda Avropa Atletikasının CEO-su Kristian Milz iki gün davam edən tədbirin yekunları barədə danışıb, təşkilatçılara və iştirakçılara təşəkkürünü çatdırıb.

Qeyd edək ki, Bakının ilk dəfə ev sahibliyi etdiyi konfransda 32 ölkədən 50 nümayəndə iştirak edib.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights