Bakıdan Avropaya yeni iqtisadi körpü

16.07.2026

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ikitərəfli iqtisadi və strateji tərəfdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Ölkəmizin qeyri-neft sektorunun şaxələndirilməsi və beynəlxalq investisiyaların cəlb edilməsi istiqamətində tərəfdaş ölkələrlə yüksək səviyyəli rəsmi təmaslar davam etdirilir.

ELAZ.İNFO xəbər verir ki, Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri xanım Denisa Saková ilə keçirilən görüş zamanı ölkələrimiz arasında strateji tərəfdaşlığın gücləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı təşəbbüslərin rolu xüsusi vurğulanıb.

Görüşdə biznes və ticarət əlaqələrinin fəal dəstəklənməsi, enerji tədarükünün şaxələndirilməsi, sənaye, turizm və rəqəmsallaşma sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanları ətraflı nəzərdən keçirilib. Eyni zamanda, qarşılıqlı investisiyaların təşviqi və yeni layihələrin reallaşdırılması istiqamətində mühüm müzakirələr aparılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁6
1 şərh
  1. arderbor elnot 31.08.2026, 02:05

    I truly appreciate this post. I have been looking everywhere for this! Thank goodness I found it on Bing. You’ve made my day! Thanks again

Şərh yaz

E-poçt ünvanınız yayımlanmayacaq.