ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda internet protokolu üzərindən televiziya xidmətlərindən istifadə edənlərin sayı son illərdə əhəmiyyətli dərəcədə artıb.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, 2025-ci ildə ölkədə IPTV abunəçilərinin sayı 155 min 793 nəfər təşkil edib.
Bu göstərici 2024-cü illə müqayisədə 2,3 dəfə çoxdur.
Eyni zamanda, ötən il Azərbaycanda kabel televiziyası abunəçilərinin sayı 201 min 624 nəfər olub. Bu isə əvvəlki illə müqayisədə 1,4 faiz azalma deməkdir.
Rəqəmlər əhalinin televiziya xidmətlərindən istifadə vərdişlərinin tədricən dəyişdiyini göstərir.
Günel GÜNTAC


