Ötən il Azərbaycana 189 ölkədən olan turist gəlib. Bu ümumilikdə 2 milyon 570,4 min (2 570 469) əcnəbi və vətəndaşlığı olmayan şəxs deməkdir.
ELAZ.İNFO xəbər verir ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, bu rəqəm 2024-cü illə müqayisədə 2,15% azalıb. Ölkəmizə səfər edənlərin 23,9%-i Rusiyadan, 17,7%-i Türkiyədən, 8, 1%-i İrandan olub.
Onu da bildirək ki, agentliyin məlumatına görə bu rəqəmlər ötən illərlə müqayisədə xeyli azalıb. Yəni Azərbaycana səfər edən turistlərin sayında kəskin azalma var. Səbəb nədir görəsən? Axı səfalı ölkəmizə turist axını daha da çoxalmalıydı. Çünki gözəlliklər diyarı Qarabağımıza da səfər turistlərin maraq mərkəzində ola bilərdi…
Ümid edirik ki, bu il ölkəmizə turist axını daha çox olar.
Bu arada 2025-ci ildə Fransaya 102 mln turist gedib, bu çox böyük bir rəqəmdir. Ölkədə Fransa əhalisindən daha çox turist var deməkdir. İndi görün ordakı xidmət sektorları, sərnişin nəqliyyatı, otellər, restoranlar necə işləyir, hansı gəlir və mənfəətlə.
İlahə BAYINDIR
