Ağdama yeni qayıdış

Ağdama yeni qayıdış: rəqəmin arxasında nə var?

ELAZ.İNFO xəbər verir ki, sentyabrın 1-də Ağdama daha 117 ailə — 362 nəfər köçürülüb. Bununla Ağdama qayıdanların ümumi sayı 931 ailə və 3363 nəfərə çatır.

Qeyd edək ki, bu rəqəm sadəcə sosial statistika deyil. Böyük Qayıdışın mahiyyəti ərazilərin fiziki bərpasından yaşayış sisteminin formalaşdırılmasına keçidi göstərir.

Çünki şəhərin tikilməsi ilə insanların orada qalıcı yaşaması eyni məsələ deyil. Məktəb, səhiyyə, iş yerləri, nəqliyyat, xidmətlər, kommunal sistemlər və sosial həyat paralel qurulmalıdır.

Bu səbəbdən Ağdama hər yeni köç karvanına yalnız “nə qədər insan qayıtdı?” sualı ilə yanaşmaq kifayət deyil. Daha mühüm sual budur: qayıdan insanların burada uzunmüddətli iqtisadi və sosial həyat qurması üçün hansı imkanlar yaradılır?- Bu barədə daha ətraflı yazacağıq.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın